“Ukrayna qüvvələri əməliyyatdan iki ay sonra əks-hücumda irəliləyiş əldə edə bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri NATO-nun istefada olan zabiti Stavros Atlamazoğlu “19FortyFive" saytındakı məqaləsində yazıb.
Ekspertin fikrincə, Ukrayna hərbçiləri Rusiyanın müdafiə xətlərini yarmağa və Krıma gedən quru dəhlizini kəsməyə çalışır, lakin geniş mina sahələri və müdafiə istehkamları onların irəliləməsinə mane olur.
Atlamazoğlu qeyd edib ki, əks-hücumda irəliləyiş ləng gedir, çünki Rusiya qüvvələri inadla müqavimət göstərir.