“Google" şirkəti süni intellektə əsaslanan yeni tətbiqini istifadəyə verməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, “Genesis” adlanan bu tətbiq ilk olaraq ABŞ-da tanınmış media qurumlarının rəhbərlərinə nümayiş etdirilib.
Bu proqram jurnalistlər üçün bir növ köməkçi rolunu oynayacaq. Bəzi tapşırıqları avtomatlaşdıra bilir və işin sürətlənməsinə yardımçı olur.