20 İyul 2023 18:45
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi Konya şəhərində PKK-a üzvünü saxlayıb.

Teleqraf.com xəbər verir ki, Konyadakı əməliyyat zamanı təşkilatın qurucu üzvü Fuat kod adlı Əli Heydər Kaytanın bacısı Güllüşan Kandemir həbs olunub.

Bildirilir ki, Güllüşan Kandemir xaricdə PKK-ya bağlı dərnək və təşkilatlarda toplanan pulları təşkilat üzvlərinin ailələrinə yardım olaraq payladığı müəyyən edilib. Terrorçunun ünvanında aparılan axtarışlarda 1990-cı illərdən bu günə qədər təşkilatda keçirilən təlimlər, istifadə etdiyi marşrutlar, təşkilatçılar tərəfindən yazılmış mətnlər, terrorçu cinayətkarların həbsxanalarda yazdığı məktublar və təşkilatın arxivi olan on minlərlə sənəd ələ keçirilib.

Güllüşan Kandemirin qardaşlarından biri Bolu həbsxanasında PKK terror təşkilatının qurucu üzvü Fuat kod adlı Əli Heydər Kaytan və PKK silahlı terror təşkilatını qurmaq, idarə etmək və üzvü olmaq ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası çəkən Hayati Dəniz Kaytandır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər