Fələstin Prezidenti Mahmud Abbas 24-26 iyul tarixində Ankaraya rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində M.Abbasın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla 25 iyul tarixində görüşəcəyi gözlənilir.
Qeyd edək ki, M.Abbas Türkiyəyə sonuncu dəfə 2022-ci ilin avqustunda səfər edib və "Türkiyə Fələstin rəhbərliyini və xalqını hər sahədə dəstəkləyir", - deyə bildirib.