Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində prezident Ersin Tatar ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, liderlər Lefkoşadakı "Concorde" otelində təkbətək görüş keçiriblər.
Görüşdən sonra iki lider Şimali Kipr Türk Respublikası vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi haqqında Saziş və Şimali Kipr Türk Respublikasının Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Mərkəzinin yaradılması prosesində Türkiyənin göstərəcəyi dəstək haqqında Anlaşma Memorandumu imzalayıblar.