21 İyul 2023 16:55
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna taxıl tədarükünün yeni yollarını axtarır. Hətta əsas ümid yeri olan Dunay çayı ilə bağlı da bir çox problemlər ortaya çıxıb. Çayın dayazlaşması Ukraynanın ümidlərini də heçə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, Rusiyanın taxıl sazişindən çıxması Ukraynanı çay, avtomobil və dəmir yolu ilə böyük miqdarda taxıl ixrac etməyə məcbur edəcək. Hamısı da çətinliklərlə doludur.

Bundan əlavə bir çox logistik problemlər əlavə olunur, çünki Ukrayna daha uzun marşrutlar üzrə çatdırılma xərclərini iki dəfə artırmalı olacaq. Bu halda aşkar marşrutlardan biri də Dunay çayıdır. Lakin istilər səbəbindən onun səviyyəsi xeyli aşağı düşüb ki, bu da taxılın daşınmasını daha da çətinləşdirir.

Alternativ tədarük marşrutlarının da müəyyən çətinlikləri var. Məsələn, bəzi avropalı fermerlər Ukrayna taxılının idxalına etiraz edirlər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər