Rusiya lideri Belarus Respublikasının İttifaq dövlətinin bir hissəsi olduğunu xatırladıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasda deyib.
“Belarusa qarşı həmlə Rusiya Federasiyasına təcavüz demək olacaq. Əlimizdə olan bütün vasitələrlə cavab verəcəyik”, - deyə Putin bildirib.
Onun sözlərinə görə, Avropanın olduğu kimi ukraynalıların düşüncəsi yavaş-yavaş dəyişir.