22 İyul 2023 08:28
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Esseks qraflığının Harlou şəhərində Ukrayna Prezidenti Volodimir Zelenskinin adını daşıyan ilk küçənin rəsmi açılışı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bundan sonra Harloudakı Beşinci avenünün rəsmi adı “Beşinci avenü - Zelenski avenüsü” olacaq.

Mühafizəkar deputat Robert Halfon açıqlayıb ki, şəhər İkinci dünya müharibəsindən sonra tərk etməyə məcbur olan bir çox londonlu ailələr üçün tikilib.

O həmçinin Rusiya işğalı başlayandan bəri 70-ə yaxın ukraynalı qaçqına sığınacaq verən və onlara dəstək olan Harlou əhalisini tərifləyib.

Bildirilib ki, açılış mərasimində Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko da iştirak etməli idi, lakin cümə günü səhər o, gözlənilmədən işdən çıxarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər