22 İyul 2023 17:06
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Londondakı səfiri Vadim Pristayko vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.

Səfir eyni zamanda Ukraynanın Beynəlxalq Dəniz Təşkilatındakı vəzifəsindən də kənarlaşdırılıb.

Zelenskinin qərarının səbəbi göstərilməsə də, diplomatik mənbələr Pristaykonun canlı yayımda prezidenti tənqid etdiyinə görə işdən çıxarıldığını düşünür.

Belə ki, Ukrayna səfiri istefaya göndərilməzdən bir neçə gün əvvəl “Sky News”a verdiyi müsahibədə Zelenskini sarkastik olduğuna görə tənqid edib.

Veteran diplomat Pristayko üç il Ukraynanın Londondakı səfiri vəzifəsində işləyib. Odessada anadan olan 53 yaşlı Pristayko əvvəllər Ukraynanın baş nazirinin müavini və xarici işlər naziri vəzifələrində çalışıb.

O, bir sıra yüksək səviyyəli diplomatik vəzifələr, o cümlədən Kanada səfirliyi və Ukraynanın NATO missiyasının rəhbəri olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər