22 İyul 2023 18:31
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtında ticarət mərkəzində su borusu partlayıb, ölənlər var.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti məlumat yayıb.

Hadisə Moskvada “Vremena Qoda” ticarət mərkəzində qeydə alınıb. Belə ki, qaynar su borunun partlaması nəticəsində 4 nəfər ölüb.

Ölənlərin meyitləri ticarət mərkəzinin içərisində tapılıb. Daha 9 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər