23 İyul 2023 10:28
1 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

S-300-lər ballistik raketlərdir. Onlar trayektoriyasını korrektə edə bilirlər. Bu, onların vurulmasının mümkünsüzlüyünün səbəblərindən biridir.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiyanın S-300 raketlərinin çətinliklə vurulması ilə bağlı ünvanlanan suala cavabında deyib.

Onun sözlərinə görə, ruslar S-300-dən yerüstü hədəflərə qarşı istifadə etdikdə, bu raketlər 100 kilometrə qədər uça bilir:

"İstər koordinatlarla, istərsə də GPS ilə... 100 kilometri səsdən yüksək sürətlə bu raket bir neçə dəqiqə, hətta saniyə ərzində uçur. Xarkov sakinləri onun 40-50 saniyəyə uçduğunu yazıblar. Belə qısa müddətdə buraxılışın aşkarlanması, məlumatların işlənməsi, görüş nöqtəsinin hesablanması və S-300-ün hədəfə daxil olmasından əvvəl onun qarşısını almaq üçün raketin buraxılması demək olar ki, mümkün deyil".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər