23 İyul 2023 20:16
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin (UAF) əks-hücumunun uğur qazanmaq şansı olmadığı açıq-aydın görünürdü.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson “Dialogue works” yutub kanalına müsahibəsində deyib.

O, iddia edir ki, Ukrayna əks-hücumunun ilk günlərindən Ukrayna Silahlı Qüvvələri minalanmış əraziləri aşa bilməyib.

Ekspert vurğulayıb ki, Rusiya tərəfi bir neçə aydır ki, müdafiə xəttini fəal şəkildə gücləndirir. O, iddia edir ki, ABŞ kəşfiyyat orqanları bundan xəbərdar olmalı idi.

“Mən proqnozlaşdırmışdım ki, aviasiya, özüyeriyən artilleriya qurğuları və Rusiyaya qarşı durmağa imkan verəcək hava hücumundan müdafiə sistemləri olmadan onların uğur şansı sıfırdır”, - Conson deyib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər