Baş Prokurorluq Ukraynadan uşaqların deportasiyasında iştirakı ilə bağlı Belarus Qırmızı Xaç Cəmiyyəti ilə bağlı araşdırmaya başlayıb.
Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə baş prokuror Andrey Kostin tvitter hesabında yazıb.
"Belarus Qızıl Xaç Cəmiyyətinin Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazilərdən ukraynalı uşaqların Belarusiyaya məcburi deportasiyasında iştirakı beynəlxalq cinayətin törədilməsində şəriklikdir. Bu təşkilat Cenevrə Konvensiyalarının normalarını, eləcə də Qırmızı Xaç Hərəkatının fundamental prinsiplərini kobud şəkildə pozur".
Baş prokuror qeyd edib ki, Kiyev Beynəlxalq Qızıl Xaç Komitəsinin reaksiyasına ümid edir.