Ekvadorun qərbində yerləşən Manta şəhərinin meri hücum nəticəsində həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ekvador Prezidenti Guillermo Lasso tviter hesabında yazıb. O, təqsirkarların tapılması və məsuliyyətə cəlb edilməsi üçün polisə əmr verib.
Ekvadorun daxili işlər naziri Xuan Sapara dörd nəfərin, o cümlədən hücum edən iki nəfərin yaralandığını açıqlayıb.
Hadisənin səbəbləri araşdırılır.