Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Sankt-Peterburqda görüşəndə Polşanı "Vaqner"lə hədələyib.
Teleqraf.com xəbər verir ki, Lukaşenko əvvəlcə Ukrayna ilə Rusiya arasında gedən müharibəni dəyərləndirib.
O, Ukrayna ordusunun çoxlu sayda əsgər itirdiyini qeyd edib: “ABŞ-dakı hesablamalara görə, Ukrayna əks-hücumdan sonra 26 min əsgər itirib”.
Polşanı istehza ilə hədələyən Lukaşenko ölkəsində yerləşdirilən “Vaqner” döyüşçüləri ilə bağlı da açıqlama verib: “Vaqner"çilər bizi sıxmağa başlayıblar, qərbə getmək istəyirlər. Deyirlər, “gəlin, Varşava və Rzeşova səyahət edək”. Onları razılaşdırılğı kimi Belarusun mərkəzində saxlayıram”.
Putin Ukrayna ordusunun itkilərinə reaksiya verib: “Ukraynanın əks-hücumda əsgər itkisi 26 mindən çox olub. Əks-hücum oldu, amma uğursuz oldu”.