İsveçdə Qurana təhqir etməyi fərasət, İslamı təhqir etməyi şücaət kimi qəbul edən İraq əsilli Salvan Momikanın başına İraqda böyük mükafat qoyulub.
Teleqraf.com xəbər verir ki, paylaşılan videoda Momikanı öldürməyə qərar verildiyi bəyan olunub.
Sosial şəbəkələrdə yayılan videoda iraqlı şəxs bildirir: “Bütün dünyada Allahın kitabını sevənlər adından danışıram. Kufə əhalisi (İraqın Nəcəf vilayətində şəhər) maddi mükafatlandırır. Allahın kitabını təhqir edən bu şəxs (Momika) haqqında məlumat gətirən və ya bu bidəti bizə çatdıran hər kəsə 1 milyon dollar, üstəgəl 2 kiloqram 24 əyar xalis qızıl dəyərində Qurani-Kərim hədiyyə olunacaq.
İnşallah, daha böyük hədiyyələr də olacaq. Yaxın günlərdə xoş xəbəri sizinlə paylaşacağıq. İndi bəzi irəliləyişlər var”.