"Əl-Qaidə” Fransada baş verən qanlı gülləbarana görə məsuliyyəti öz üzərinə götrüb. Terror təşkilatı Parisdə baş vermiş, satirik jurnalın əməkdaşlarına qarşı gerçəkləşdirilən hücumda etiraf edib.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” qruplaşmasının üzvlərindən biri bəyan edib.
Onun sözlərinə görə, hücuma qruplaşma rəhbərlik edib.
Bundan əvvəl Parisdə "Charlie Hebdo" nəşrinin redaksiyasına silahlı hücum edən terrorçular bəyan etmişdilər ki, Yəməndə fəaliyyət göstərən "əl-Qaidə" terror təşkilatının üzvləridirlər.