25 İyul 2023 08:42
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ yaxın günlərdə Ukraynaya yeni silahların veriləcəyini elan edəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib.

O, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu şərh etməyib.

"Bizə görə, Ukrayna əks-hücum əməliyyatını həyata keçirmək üçün lazım olan hər şeyə malikdir. Biz, o cümlədən Avropadakı və dünyadakı müttəfiqlərimiz onları böyük miqdarda hərbi texnika ilə təmin etmişik. Bunu davam etdirəcəyik, ona görə də yaxın günlərdə daha çox hərbi yardım elanlarını gözləmək olar", - Miller vurğulayıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar digər NATO ölkələri ilə birlikdə Ukraynanın əks-hücumunu dəstəkləməyə avam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər