“The Associated Press” agentliyinin xəbərində deyilir ki, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel və Avropanın digər siyasi liderləri Fransa Respublikasının Prezidenti Fransua Ollandın bazar günü Parisdə iştirak edəcəyi “Birlik” mitinqinə qatılacaq.
Agentlik qeyd edir ki, Fransanın satirik jurnalı olan “Charlie Hebdo”ya hücum zamanı 12 nəfərin terrorçular tərəfindən öldürülməsi və girovlarla bağlı baş verən son terror aktlarına cavab olaraq insanların bir araya gələcəyi gözlənilir. Devid Kemeron cümə günü “Twitter”də yazıb ki, bu mitinqlə (Qərbə məxsus) mətbuat azadlığı dəyərinin önəmi bir daha vurğulanacaq.
İtaliya Respublikasının Baş naziri Matteo Renzi, İspaniya Krallığının Baş naziri Mariano Rahoy Brey və Finlandiya baş naziri Aleksander Stubba da “Twitter”də yazıblar ki, onlar da Parisdəki “Birlik” mitinqinə Fransa prezidenti ilə birgə addımlayacaqlar.
Mitinqdə Fransanın bütün siyasi elitasının iştirakı gözlənirlir.
Agentlik qeyd edir ki, Fransada baş vermiş terror hücumları azad düşüncəni hədəf alıb və bütün faransızları şoka salıb. /musavat.com/