İranda bir neçə ay öncə dul qadına təcavüz etmək istəyən Bəsic komandirinə yüksək vəzifə verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəndər Ənzəli şəhəri üzrə Aşura taborlarının baza komandiri İman Talebi Fər boşanmış bir qadının evinə basqın edərək ona təcavüz etmək istəyib. Lakin qadının ailəsi onun bu cəhdinə mane olub.
Ailə təcavüzkar şəxs barədə polisə məlumat versə də, hökumət məmurları onun hərəkətlərini gizlədiblər.
Hazırda İman Talebi Fərə vəzifə verilib - o, SEPAH-ın Bəndər Ənzəli şəhəri üzrə hərbi qurumunun komandirinin müşaviri təyin edilib.