10 Yanvar 2015 07:24
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada hüquq-mühafizə orqanları Paris qətliamlı ilə bağlı genişləndirilmiş antiterror tədbirlərini davam etdirirlər. Son məlumatlara görə, baş vermiş terror aktları ilə əlaqədar 16 nəfər saxlanılıb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Parisin prokuroru Fransua Mollen bildirib.

Onun sözlərinə görə, söhbət Səid və Şərif Kuaşi qardaşları və Ahmedi Kulibali ilə əlaqəli şəxslərdən gedir. F. Mollen həmçinin bildirib ki, 2011-ci ildə Şərif Kuaşı Yəməndə yaşayıb və buradakı “Əl Qaidə” beynəlxalq terror şəbəkəsinin fəalları ilə təmasda olub.

Parisdə mağazada 20-yə yaxın insanı girov götürərək “Charlie Hebdo” jurnalına silahlı hücum edən Kuaşi qardaşlarının buraxılması tələbini irəli sürən A.Kulibali isə “İŞİD” qruplaşmasının üzvü olduğunu etiraf edib.


Müəllif:

Oxşar xəbərlər