“Rusiyanın şərtlərinə əməl edilməməsi səbəbilə hazırda “Taxıl sazişi”nə qayıtmaq mümkün deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib.
Ukraynanın Qara dənizdəki taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etdiyini bildirən Peskov, “Kiyev rejiminin torpaqlarımıza hərbi hücum üçün alternativ təchizat kanallarından istifadə etməsi bizim üçün çox önəmlidir. Bununla mübarizəmizi davam etdirəcəyik”, - deyə o qeyd edib.
Polşa və Litvanın Ukrayna taxılının Avropa limanlarına daşınması təklifini dəyərləndirən Peskov, “Bu, dövlətlərin suveren hüquqları ilə bağlıdır. Bizim üçün qiymətləndirmə aparmaq mümkün deyil”, - deyə o vurğulayıb.