25 İyul 2023 21:06
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyanı Suriya səmasında "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurmaq cəhdində ittiham edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin mərkəzi rəhbəri, general-leytenant Aleks Qrinkeviç bildirib ki, iyulun 23-də Rusiya qırıcısı Suriya səmasında Amerikanın "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurmağa cəhd edib.

Rusiyaya məxsus döyüş təyyarəsi atəş açıb və PUA-ya ziyan vurub.

"Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq", - Aleks Qrinkeviç bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər