“Charlie Hebdo” fransız satirik həftəliyinin redaksiyasına hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Teleqraf.com-un məlumatına görə, İraqın Mosul şəhərində cümə xütbəsi zamanı şeyx Abu Səəd əl-Ənsari bu barədə xüsusi açıqlama verib. İŞİD-in imamlarının başçısı bildirib ki, "Fransada əməliyyat beynəlxalq koalisiyanın bütün iştirakçı ölkələrinə müraciətdir".
"Bu gün biz Fransada çıxışlara başladıq, amma sabah Böyük Britaniyanın növbəsi gələcək. ABŞ və bütün qalan ölkələr də istisna deyil"- deyə, o vurğulayıb.
Əl-Ənsari iddia edib ki, terror hücumları onlarla mücahidin bombardımanlar nəticəsində həlak olmasına cavabdır.
Nail Cəlil