26 İyul 2023 15:38
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

IDEF 23 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi ilə bağlı Amerikanın "Defence news" nəşri diqqətçəkən iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Çinin sərgiyə türk şirkətlərini almaq məqsədi ilə qatılacağı iddia olunub.

Sərgidə Çinin 74 müdafiə sənayesi şirkətinin iştirak edəcəyi bildirilib.

Nəşrin yazdığına görə, Çin şirkətləri sərgidə Türkiyə şirkətlərini uzunmüddətli hədəflərinə uyğun olaraq satın almaq niyyəti ilə dəyərləndirmək üçün təmsil olunacaq. Məqsəd Türkiyədə müdafiə sənayesi qurumları ilə razılığa gəlmək və öz texnologiyalarını Türkiyədə istehsal etməkdir.

“Daha sonra isə NATO sistemi istehsalı olan məhsulları türk şirkətləri vasitəsilə digər NATO sistemlərindən istifadə edən ölkələrə satmaq niyyətindədirlər”, - deyə məqalədə bildirilir.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər