Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin dublyorlarından istifadə edir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general-leytenant Valeri Kondratyuk bildirib.
"İstənilən televiziya tamaşaçısı bunu öz gözü ilə görüb əmin ola bilər. Putinin dublyorları xüsusi dövlət daçalarında yaşayırlar. Onların hərəkət qabiliyyəti məhduddur, məcburi müqavilə əsasında çalışırlar. Çətin ki, onların ailələri ilə vaxt keçirmək imkanı olsun", - Kondratyuk vurğulayıb.