13 May 2014 01:24
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Ukrayna sərhədində təxribatçı fəaliyyətlə məşğul olur.

Teleqraf.com-un UNAİN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna Milli Qvardiyasının komandanı Stepan Poltorak bildirib.

Onun məlumatına görə, Ukrayna sərhədində Rusiya qoşunlarının sayı və tərkibi dəyişməyib: "Rusiya hərbçiləri aktiv şəkildə dislokasiya yerini dəyişir və təxribat fəaliyyəti ilə məşğul olur".

Poltorak bildirib ki, ruslar Ukraynanın hava sərhədlərini keçir və ya buna cəhd edirlər: "Belə davranış bir sıra Ukrayna hərbi hissələrində diskomfort və təşviş yaradır. Ancaq biz vəziyyəti izləyir, onların nə etmək istədiyini başa düşürük və adekvat cavab verməyə hazırıq".

Nihad


Müəllif: