27 İyul 2023 08:15
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə öz ərazisində yerləşən 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu günə kimi 600 mindən çox məcburi köçkün Suriyaya qayıdıb, biz 1 milyon qaçqının öz vətənlərinə qayıtmasını təmin etməyi planlaşdırırıq. Qaçqınların vətənlərinə qayıdışı Suriyada təhlükəsizlik və sabitliyin səviyyəsi artdıqca davam edəcək”, - deyə Rəcəb Tayyib Ərdoğan söyləyib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hazırda respublikada 4,9 milyona yaxın qaçqının yaşadığını qeyd etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər