27 İyul 2023 17:13
5 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Xarici İşlər Nazirliyi Hindistanın müdafiə naziri Rajnat Sinqhin Kəşmir nəzarət xəttini keçməyə hazır olduqları ilə bağlı təhdidinə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, sənəddə Sinqhin Kəşmir nəzarət xəttindən kənara çıxmağa hazır olması kimi təxribatçı bəyanatı pislənilib.

Bəyanatda Hindistana regional sülh və sabitliyi təhdid edən, Cənubi Asiyada strateji mühiti qeyri-sabitləşdirən döyüşkən ritorikaya maksimum diqqət yetirmək tövsiyə edilib: “Hindistanın siyasi liderləri və yüksək səviyyəli komandirlərinin son dərəcə məsuliyyətsiz bəyanatlar verməsi ilk dəfə deyil. Bu cür ifrat millətçi bəyanatlara son qoyulmalıdır”.

Qeyd edək ki, müdafiə naziri Rajnat Sinq dünən Ladaxda verdiyi açıqlamada Hindistanın Kəşmir nəzarət xəttindən kənara çıxmağa hazır olduğunu bildirib və mülki vətəndaşlardan belə bir vəziyyətdə əsgərlərə kömək etməyə hazır olmalarını istəyib.

Hindistan oxşar bəyanatları 2022-ci ilin oktyabr və noyabr aylarında da verib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər