28 İyul 2023 09:44
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti mühərrikinin həcmi 1,9 kubsantimetrdən çox olan, hibrid mühərrikli avtomobillərin və yük avtomobilləri üçün təkərlərin Rusiyaya ixracını qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura məlumat verib.

Onun sözlərinə görə, məhdudiyyətlər avqustun 9-dan qüvvəyə minəcək. Nişimura bildirib ki, Yaponiya beynəlxalq ictimaiyyət və G7 ölkələri ilə yaxından işləməyə davam edərək Rusiyaya qarşı qoyulan məhdudiyyətlərə ciddi şəkildə əməl etmək üçün lazım olan hər şeyi edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər