ABŞ hakimiyyəti Rusiya Prezidenti Vladimir Putini Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransisko şəhərində (Kaliforniya ştatı) keçiriləcək sammitinə dəvət etmək niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
2022-ci ildə sanksiyaya məruz qalan Rusiya Prezidentinin Birləşmiş Ştatlara girişi ümumiyyətlə qadağan olunub və onun sammitdə iştirakı üçün xüsusi icazə lazımdır.
Qəzetin yazdığına görə, Ağ Ev Honq-Konq administrasiyasının rəhbəri Con Lini də sammitə buraxmamağı qərara alıb. Vaşinqton əvvəllər ona və bəzi digər Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
APEC sammiti noyabrda San-Fransiskoda keçiriləcək. Foruma 19 ölkə və 2 ərazi vahidi daxildir.