“Rusiya Federasiyası Afrika ölkələrinin inkişafına 90 milyon dollar ayıracaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin iclasında deyib.
Onun sözlərinə görə, Afrika ölkələrinin silinmiş borcunun ümumi məbləği 23 milyard dollardır.
Putin əlavə edib ki, Rusiya həmişə ərzaq məhsullarının əsas tədarükçüsü olacaq, ehtiyacı olan ölkələrə və bölgələrə bu çatdırılmaları davam etdirəcək.