28 İyul 2023 15:49
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika prezidenti Siril Ramafosa Ukraynadakı münaqişəyə necə son qoyacağını bildirib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində çıxışı zamanı danışıb.

Prezident vurğulayıb ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Onun sözlərinə görə, Ukraynadakı münaqişəyə dialoq son qoymalıdır:

"Qarşıdurmaya son qoymağa bir neçə amil kömək edəcək - konstruktiv qarşılıqlı fəaliyyət və danışıqlar".

Ramafosa ilk dəfə deyil ki, Ukrayna münaqişəsinin dialoq yolu ilə həllinin tərəfdarı kimi çıxış edir.

Siyasətçi məsələ ilə bağlı Afrika sülh səylərinə rəhbərlik edib. Yeddi Afrika ölkəsindən ibarət nümayəndə heyəti iyunun 16-da Kiyevə səfər edib, Zelenski ilə danışıqlar aparıb, ertəsi gün missiya Putinlə görüşmək üçün Sankt-Peterburqa gedib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər