Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhərrəm ayının onuncu günü – Aşura ilə bağlı müsəlman aləminə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu münasibətlə özünün tviter səhifəsində yazıb: “Aşura günündə xalqımıza və bütün İslam dünyasına salamlarımı çatdırıram. Məhərrəm ayının bütün bəşəriyyətə sülh və firavanlıq gətirməsini diləyirəm”.
Türkiyənin dövlət başçısı Həzrəti Peyğəmbərin nəvəsi İmam Hüseynin və əshabələrinin şəhadəti ilə bağlı onların xatirəsini ehtiramla andığını yazıb.
İmam Hüseyn və onun 72 tərəfdarı Hicri təqvimi ilə 61-ci ilin Məhərrəm ayının 10-da Əməvi xəlifəsi I Yezidin qoşunları tərəfindən İraqın Kərbəla şəhəri yaxınlığında qeyri-bərabər döyüşdə şəhid olublar.