Ukrayna ordusu Rusiyanın Rostov vilayətinə raket zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, partlayış Taqanroq şəhərinin mərkəzində, incəsənət muzeyinin yanındakı Bankovskaya meydanında raket zərbəsi nəticəsində olub. Rostov vilayətinin qubernatoru Vasili Qolubevin sözlərinə görə, partlayış nəticəsində muzeyin divarı, dam örtüyü, qarajlar və yardımçı tikililər dağılıb.
Vilayətin Fövqəladə hallar xidmətinin məlumatına görə, hadisədə ölənlərin sayı 12 nəfərə çatıb. 14 xəsarət isə xəsarət alıb, onlardan 7-i xəstəxanaya yerləşdirilib.
Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, Ukrayna S-200 hava hücumundan müdafiə sisteminin zenit raketi ilə Taqanroqun yaşayış infrastrukturuna zərbə endirib. İlkin məlumata görə, 14 nəfər xəsarət alıb, onlardan 7-si xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər.