29 İyul 2023 08:00
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası (TŞ) Nigerdəki hərbi çevrilişi kəskin şəkildə pisləyib və prezident Məhəmməd Bazumun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə məsləhətləşmələrdən sonra qəbul edilən birgə bəyanatda deyilib.

"BMT Təhlükəsizlik Şurasının üzvləri 26 iyul 2023-cü ildə Niger Respublikasının qanuni hökumətinin konstitusiyaya zidd olaraq dəyişdirilməsi cəhdlərini qətiyyətlə pisləyib. BMT Təhlükəsizlik Şurasının üzvləri respublikanın demokratik yolla seçilmiş prezidenti Məhəmməd Bazumu heç bir şərt qoyulmadan dərhal azad etməyə çağırıb və onun, ailəsinin və hökumət üzvlərinin müdafiəsinin vacibliyini vurğulayıblar", - deyə qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər