29 İyul 2023 10:53
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriya hava məkanında əməliyyatları müzakirə etmək üçün Rusiya ilə əlaqə saxlamağa davam edir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Brisbendə ABŞ dövlət katibi Entoni Blinken və Avstraliyanın müdafiə və xarici işlər nazirləri Riçard Marles və Penni Vonqun iştirak etdiyi “iki üstəgəl iki” (AUSMIN) formatında danışıqların yekunları üzrə çıxışı zamanı deyib.

"Biz narahatlığımızı bildirmək üçün müəyyən edilmiş kanallarla Rusiyanın müvafiq olaraq yüksək səviyyəli rəhbərliyilə əlaqəni davam etdirəcəyik. Bir daha təkrar edirik ki, hava məkanında həmişəki kimi fəaliyyətdə olacaq və maraqlarımızı qoruyacağıq" - Lloyd Ostin bildirib.

O, Rusiya qırıcılarının Suriyada İŞİD qruplaşmasına qarşı əməliyyatlar aparan ABŞ-ın MQ-9 Reaper pilotsuz uçuş aparatlarının yaxınlığında təhlükəli manevrlər etməsi ilə bağlı xəbərləri şərh edib.

Mətbuat konfransı Pentaqonun saytında yayımlanıb.


Müəllif: Mahir

Oxşar xəbərlər