10 Yanvar 2015 14:11
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Boko Haram” terror təşkilatı döyüşçüləri Nigeriyanın şimal-şərqindəki Yobe ştatında yeni qətliam törədiblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, gecə saatlarında edilən hücumda çox sayda adamın öldüyü bildirilib. Şahidlərin sözlərinə görə, “Boko Haram” döyüşçüləri gecə saatlarında ağır silahlardan Damaturu və ətraf bölgələri bombalayıblar.

Hadisə nəticəsində ölü və yaralı sayı ilə bağlı dəqiq məlumat yoxdur.

Samir


Müəllif: