Rusiya ordusu bu qış Ukraynanın enerji infrastrukturuna zərbələr endirə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiyanın təcavüzü döyüş meydanında iflasa uğradı: "Bu gün Rusiya rəhbərliyinin bir-iki həftə davam edəcəyini gözlədiyi qondarma "xüsusi hərbi əməliyyat"ın davam etməsindən 522-ci gündür. Ukrayna güclənir. Müharibə tədricən Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına qayıdır. Bu, qaçılmaz təbii və tamamilə ədalətli prosesdir”.
Bununla belə Zelenski qeyd edib ki, keçən il olduğu kimi, bu qış da rus terrorçuları bizim enerji strukturlarımızı vura bilərlər: "Bu gün icmalarda enerji və müxtəlif həyatı təmin edən sistemlər də daxil olmaqla, təcili bərpa məsələsi müzakirə olundu. Biz hər şeyə hazır olmalıyıq".