Rusiyalı tennisçi Alina Korneeva avqustun 28-dən sentyabrın 10-dək Nyu-Yorkda keçiriləcək ABŞ Açıq çempionatında iştirak etməyəcək .
Teleqraf.com xəbər verir ki, buna səbəb ABŞ-ın idmançıya viza verməməsidir.
16 yaşlı tennisçi daha əvvəl Praqada keçirilən WTA turnirinə buraxılmayıb.