İsrailin "Israel Aerospace Industries" şirkəti yeni DS-SAR peykinin uğurla buraxıldığını elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Buraxılış Hindistan daşıyıcı raketindən istifadə etməklə həyata keçirilib. Peyk hazırda orbitdədir və sistemlərinin düzgün işlədiyinə əmin olmaq üçün lazımi yoxlamalar aparır. Yaxın vaxtlarda o, Yerə hava haqqında məlumat göndərməyə başlayacaq.
Nəşr qeyd edir ki, bir neçə Sinqapur şirkəti də peykin təqdim etdiyi məlumatlara çıxış əldə edəcək.
Bundan əvvəl mart ayında İsrail “Ofek 13” peykini uğurla orbitə çıxarıb.