Çexiyanın Maliyyə Təhlili Departamenti rusiyalı milyarder Vladimir Yevtuşenkovun şirkətlərinin hesablarını bloklayıb və onun Karlovı Varıdakı beşulduzlu "Savoy Westend" otelinə həbs qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə CT24 telekanalı məlumat yayıb .
Qeyd olunur ki, bununla da Çexiyanın iş adamına qarşı iyunun sonunda tətbiq etdiyi sanksiya tədbirləri qüvvəyə minib.
Nəşr qeyd edir ki, respublika hökuməti Yevtuşenkovun 100 milyon çex kronu (təxminən 4,59 milyon dollar) məbləğində əmlakına həbs qoyub. Telekanalın məlumatına görə, iş adamının Karlovı Varıdakı ümumi əmlakı 500 milyon çex kronu (təxminən 23 milyon dollar) dəyərində qiymətləndirilir.
Feliks Yevtuşenkov ona qarşı tətbiq edilən sanksiyalara görə şirkətin Direktorlar Şurasından istefa verib.