BMT mülki hədəflərə zərbələrin dayandırılmasının tərəfdarıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT Baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq pilotsuz təyyarələrin Moskvaya hücumunu şərh edərkən bildirib.
“Hücuma görə kimin məsuliyyət daşıdığı barədə birinci əldən məlumatımız yoxdur. Amma təbii ki, biz mülki hədəflərə edilən istənilən hücuma qarşıyıq və onların dayandırılmasını istəyirik”, -deyə təşkilatın rəsmisi qeyd edib.