10 Yanvar 2015 21:18
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD döyüşçüləri İraqın şimalında hökumət qoşunlarının mövqelərinə hücum edib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, cümə günü axşamdan başlayan və bu gün səhər davam edən toqquşmalar zamanı 50 nəfərdən artıq adam ölüb.

Sky News Arabia telekanalının məlumatına görə, İŞİD döyüşçülərinin İraqın cənub-qərbindəki Neynəva əyalətinin Əl-Kuvir şəhərinə hücumu zaman 30 peşmərgə və 15 dinc sakin qətlə yetirilib.

Xəbərə görə, altı saatlıq hücumdan sonra İŞİD döyüşçüləri Əl-Kuvirə nəzarəti tam ələ ala biliblər. Buna baxmayaraq, bu gün səhər peşmərgələr revanş götürüb və öz mövqelərini geri qaytarıb. Bu zaman onlarla İŞİD döyüşçüsü ölüb.

"Əs-Sumariyə" telekanalının xəbərinə görə, daha bir döyüş Kərkük əyalətinin cənubundakı Telafer rayonunda - kürd peşmərgələrin dayaq məntəqəsində ba. verib. Peşmərgələr hücumu dəf ediblər.

Toqquşmalar zamanı tərəflərin nə qədər itki verdiyini dəqiqləşdirmək mümkün olmayıb. Ehtimal edilir ki, onlarla kürd peşmərgə həlak olub.

Bəzi bölgələrdə hazırda da İŞİD-lə hökumət qüvvələri arasnda toqquşmaların davam etdiyi bildirilir.

Nihad


Müəllif:

Oxşar xəbərlər