NATO-nun Asiya-Sakit Okean bölgəsindəki fəaliyyəti Rusiya və Çinə qarşı yönəlib.
Teleqraf.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Çinin Rusiya Federasiyasındakı səfiri Çjan Xanhui deyib:
"ABŞ Asiya-Sakit okean regionunda AUKUS hərbi blokunu (Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli hərbi tərəfdaşlığı), QUAD -"dördtərəfli mexanizm”i (ABŞ, Yaponiya, Hindistan və Avstraliyadan ibarət) , eləcə də digər “kiçik qruplar” yaradıb. İndi də Vaşinqton NATO-nu Asiya-Sakit okean regionunda təşviq etmək istəyir".
Səfirin fikrincə, ABŞ-a NATO-nun şərqə doğru genişlənməsi lazımdır ki, o, Çin və Rusiyanı sıxışdırıb, qlobal hegemonluğu qoruyub saxlaya bilsin.
Çin diplomatik missiyasının rəhbəri həmçinin bildirib ki, Ukrayna böhranının hərtərəfli gərginləşməsindən sonra Vaşinqton alyansı manipulyasiya edərək “Çin-Rusiya təhlükəsi” adlandırılan təhlükəni şişirdib və NATO-nun Asiyada irəliləməsi üçün bəhanə yaradıb.