3 Avqust 2023 13:50
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna taxılının Polşa vasitəsilə tranziti fevral ayında 114 min ton olduğu halda iyunda 260 min tonu ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Robert Telus ilə Ukraynanın aqrar siyasət naziri Nikolay Solski arasında onlayn danışıqlardan sonra nazirliyin saytında dərc olunub.

Məlumata görə, Ukrayna taxılının tranzit həcmi 2,3 dəfə artıb.

Telus eyni zamanda, Avropa Komissiyasının Polşaya Ukrayna taxılının ixracına qoyduğu qadağa qərarının uzadıla biləcəyini deyərək həm Avropa İttifaqının (Aİ) rəhbərliyini, həm də Polşa müxalifətini Polşada vəziyyəti destabilizasiya etməyə çalışmaqda ittiham edib.

Nazirliyin məlumatında, həmçinin, Robert Telusun bu məqsədlə Ukrayna taxılının müxtəlif Aİ ölkələrinin dəniz limanlarına tranzitinin asanlaşdırılması üzrə tədbirlər təklif etdiyi qeyd olunur. Ukrayna tərəfinin yaxın zamanda ətraflı həllərin layihəsini təqdim edəcəyini bildirib.

Telus Ukrayna taxılınının ixracı üçün Litva və Latviyanın limanlarından istifadə ilə bağlı bu ölkələrlə danışıqların aparıldığını bildirib: "Bu danışıqlar doğru istiqamətdə gedir".

Qeyd edək ki, Ukrayna uzun illər ərzində taxıl və digər aqrar məhsulların əsas həcmini Qara dənizdəki limanları vasitəsilə ixrac edib. Lakin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra limanların fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər