PKK fəaliyyət göstərdiyi hər bir ölkənin təhlükəsizliyinə təhdiddir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Türkiyə PKK terror təşkilatına bağlı şəxslərin Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) binasına zorla daxil olaraq təşkilatın simvolları ilə terror təbliğatı aparmaq cəhdini qəbuledilməz hesab edir. PKK-nın Avropa ölkələrində ifadə və sərbəst toplaşma azadlığı adı altında öz fəaliyyətini, o cümlədən təbliğatını sərbəst şəkildə həyata keçirməsinə icazə verilməsi təşkilatı bu cür qanunsuz və təcavüzkar hərəkətlərə sövq edir. PKK terror təşkilatının Avropada təbliğat, maliyyələşdirmə və yeni üzvlərin cəlb etmə fəaliyyətlərinə son qoymağa çağırışımızı bir daha təkrar edirik”, - deyə Türkiyə XİN-dən bildirilib.