3 Avqust 2023 23:39
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qara dəniz taxıl sazişindən şantaj vasitəsi kimi istifadə edir, bundan əl çəkməlidir.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə ABŞ dövlət katibi Antoni Blinken çıxış edib.

Blinken, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) sədrlik etdiyi “Qıtlıq və qarşıdurmaların yaratdığı qlobal ərzaq təhlükəsizliyi” mövzusunda keçirilən sessiyadan sonra jurnalistlərin suallarını cavablandırıb.

“Ərzaqdan müharibə vasitəsi kimi istifadəni dayandırmaq öhdəliyi götürmüş 91 ölkə birgə bəyanat yayıb. Bu, özlüyündə güclü bəyanatdır və biz başqalarını da qoşulmağa dəvət edirik. Qara dəniz taxılı təkcə Ukraynanın deyil, digər ciddi qıtlıq riskləri kontekstində dünya ölkələrinin taxıl ehtiyacları üçün də əhəmiyyətlidir. Rusiya yalnız müqaviləni pozmaqla deyil, həm də Ukraynadakı ərzaq siloslarını bilərəkdən hədəfə almaqla taxıl istehsalına mane olur. Digər marşrutları maksimuma çatdırsaq belə, Ukraynanın Qara Dəniz Taxıl Təşəbbüsü ilə əldə edə bildiyi imkanlara çatmaq çox çətin olacaq”, deyə dövlət katibi vurğulayıb.

Antoni Blinken Rusiyanın taxıl sazişi razılaşmasına qayıtmasının öz işi olduğunu bildirib: “2050-ci ilə qədər dünya əhalisinin 10 milyarda çatacağı və qidaya ehtiyacının 50 faiz artacağı proqnozlaşdırılır. ABŞ hər il Ümumdünya Ərzaq Proqramı büdcəsinin yarısını qarşılayır. Bu gün Haiti və 11 Afrika ölkəsinə ərzaq qıtlığı ilə mübarizə üçün 360 milyon dollar yardım etməyə qərar verdik. Vəziyyət belə olduğu halda, münaqişələr və digər səbəblərdən hasilat artmayıb, əksinə, məhsuldarlıq azalıb”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər