4 Avqust 2023 00:39
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığındakı fəlakət zonasında bir neçə saat öncə baş verən sürüşmənin kütləsi altında xilasedicilər iki nəfərin meyitini tapıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat mərkəzi məlumat yayıb.

“Hələ ki ölənlərin kimliyi müəyyən edilməyib. Fəlakət bölgəsində xilasetmə işləri davam edir”, - mətbuat mərkəzi bildirib.

Qeyd edək ki, daha öncə DİN 70-ə yaxın insanın helikopterlərlə təbii fəlakət zonasından çıxarıldığını bildirmişdi. Sürüşmə və sel iki körpünü və giriş-çıxış yollarını sıradan çıxarıb.

Gürcüstan mətbuatının məlumatına görə, fəlakət bölgəsində daha 100-ə yaxın insan qalsa da, onların hamısı təhlükəsiz yerdədir.

Gürcüstan hökumətinin qərarı ilə təbii fəlakətin fəsadlarının aradan qaldırılması üzrə koordinasiya qərargahı yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər