11 Yanvar 2015 00:18
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə-Göygöl yolunun birinci kilometrliyində ağır yol nəqliyyat qəzası baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib.

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Ağakişiyev Malik Aydın oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə, Göygöl rayon sakini, 1968-ci il təvəllüdlü Məmmədəliyev Mahir Məmməd oğlunun idarə etdiyi “VAZ 21015” markalı avtomobillə toqquşub.

Qəza zamanı hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Müəllif: